M.Ferstappen: “Yağış yağmasını istəyərəm”

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Amerika yarışından həzz alır.

F-1.az xatırladır ki, hollandiyalı sürücü 2015-ci ildə Toro Rosso komandasında çıxış edərkən, 4-cü olaraq italyan komandasında ən yaxşı nəticəsini qazanmışdı.

Maks Ferstappen: “Burada ilk dəfə yarışdığım vaxt sərbəst yürüşlərdə yağış yağmışdı. Yağışlı havada sürməyi sevirəm və mənim üçün əyləncəli gün idi. 2015-ci ildə yağışlı havadakı yarışı 4-cü bitirərək, mükəmməl iş görmüşdüm. Buna görə də Ostində olmaqdan həzz alıram. COTA təqvimdəki bütün trasların xüsusiyyətlərini özündə birləşdirib. Xüsusən də Silverstouna çox bənzəyir. İlk döngənin özünəməxsus quruluşu var və çox fərqli trayektoriyalardan istifadə edə bilirik. Ümumilikdə sevdiyim trasa gedirəm və son yarışlarda güclü bolidimiz var. Yağış yağmasını istəyərəm, amma quruda da yaxşı nəticə ala bilərik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*