F-1.az xatırladır ki, Ferstappen sıralanma turunda 6-cı olsa da, Həmiltonun cəzasına görə bir pillə yüksələrək, yarışa 5-ci yerdən başlamaq hüququ qazanmışdı. Qeyd edək ki, 19 yaşlı sürücü sıralanma turunun sonunda yerində fıralanaraq, çınqıllı sahəyə çıxmışdı.
Maks Ferstappen: “Sessiyanın sonunda 7-ci döngədə qaz pedalına bir az tez basdım və bolidin arxa tərəfini itirdim Yarışa gəlsək, podiuma çıxmağımız mümkünsüz görünür. Sıralanma turundakı performansımız buna imkan vermir. Amma ön tərəfdə çox şey ola bilər. Sözün açığı, yağış bizə çox kömək edə bilər. Hazırda Mercedes və Ferrari ilə yarışa bilmərik. Bəlkə də strategiya hesabına bəxtimiz gətirər”.