M.Ferstappen xüsusi dəbilqə ilə yarışacaq

Red Bull komandasının sürücüsü Maks Ferstappen mövsümün qalan yarışlrında qızılı dəbilqə ilə yarışacaq.

F-1.az xatırladır ki, niderlandlı sürücü Yaponiyada ikinci Dünya Çempionu titulunu təmin etmişdi. Buna görə də Ferstappen növbəti yarışlarda qızılı dəbilqə dizaynı ilə yarışacaq.

Dəbilqənin yanlarında Red Bull loqotipləri var və üzərində 2021 və 22 yazıları var. Dəbilqənin üzərində aslan silüeti işlənilib və parıldayan hərflərlə Dünya Çempionu yazılıb. Bundan başqa sponsorların loqotipləri yerləşdirilib.

Maks Ferstappen: “Həm Sürücülər, həm də Mühəndislər Çempionatını qazandıqdan sonra mövsümü bu dəbilqə ilə bitirməyə qərar verdim. Qızılı rəng onu xüsusi edir və ağ hissələrlə gözəl görünür. Təbii ki, bunun xüsusi mənası var. Komandadakı hamı üçün xüsusi mövsüm idi”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*