M.Ferstappen: Vəziyyət pisdir

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, vəziyyət heç də yaxşı deyil.

F-1.az xatırladır ki, niderlandlı sürücü Ciddədəki sıralanma turunda komanda yoldaşı Peresə uduzaraq, 4-cü olub.

Maks Ferstappen: “Son sessiyadakı ilk cəhdim fiasko idi. Boliddə asfaltla ilişmə yox idi. İkinci cəhdim isə zəif oldu. Sıralanma turunun ilk sessiyasındakı döngəmə yaxınlaşa bilmədim.

Bəzi şeyləri təhlil etməliyik. Son cəhdimdə təkərləri rəqiblərimə nisbətən fərqli qızdırdım. Vəziyyət yaxşı deyildi. İlk döngədə çətinlik çəkirdim. Ümumilikdə isə sürətli döngələrdə vəziyyət çətin idi. Boliddə balans yox idi. İstədiyim kimi sürə bilmədim və geridə qaldım. İstədiyim bu deyildi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*