F-1.az xatırladır ki, hollandiyalı sürücü ABŞ yarışının sonunda Rəykköneni trası kəsərək keçmiş və buna görə də nəticəsinə 5 saniyə əlavə olunmuşdu. Bundan sonra hollandiyalı sürücü yarışın stüardlarındam biri olan Qərri Konnellinin ünvanına “axmaq” və “monqol” kimi sözlər işlətmişdi.
Max Ferstappen: “Amerika yarışından sonra istifadə etdiyim sözlərə görə üzr istəyirəm. Həmin an çox əsəbləşdiyim üçün istifadə etdiyim sözlər düzgün deyildi və bu sözlər bir nəfərə yönəlməmişdi. Qətiliklə kiminsə xətrinə dəymək istəmədim. Ümid edirəm ki, bu hadisəni geridə qoyub həftəsonundan həzz alarıq”.