M.Ferstappen: “Ümid edirəm Sebastyan startda ləngiyər”

Sinqapurda sıralanma turunda ikinci yeri tutan Maks Ferstappen karyerasının ilk poulunu əldən verdiyi üçün məyus olub.

F-1.az xatırladır ki, hollandiyalı sürücü sıralanma turunun ilk iki sessiyasında 1-ci yeri tutsa da, son sessiyada Fettelə məğlub olub.

Maks Ferstappen: “Bu gün poul ala bilmədiyim üçün məyusam. Bunun üçün şansımız var idi. Amma bəzən daha artığını etməliyik. Son dövrəm mükəmməl deyildi, amma Ferrari-yə yaxınıq. Bu, əhvalımızı bir az yaxşılaşdırır. Yarışda ötmə etmək çətin olacaq və buna görə də ilk dövrədə əlimizdən gələni etməliyik. Ümid edirəm ki, Sebastyan startda ləngiyər”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*