M.Ferstappen: “Üçüncülyü gözləmirdim”

Yaponiya Qran Prisinin sıralanma turunda 3-cü olan Maks Ferstappen bildirib ki, çempionluq üçün heç bir iddiaları qalmayıb.

F-1.az xatırladır ki, hollandiyalı sürücü sona 5 yarış qalmış lider Həmiltondan 148 xal geridədir.

Maks Ferstappen: “Çempionluq uğrunda mübarizə davam edir? Real yanaşsaq, Ferrari-yə yaxın ola bilərdik və onları qabaqlamaq çətin görünürdü. Lakin yarışa 3-cü yerdən başlayırıq və bu gözlədiyimizdən əladır. İkinci cərgədən start almağı gözləmirdim. Podiuma yüksəlmək üçün əla şansımız var. Üçüncü olduğum üçün xoşbəxt olsam da, fanlara daha yaxşı şou göstərə bilərdik. Yerli publika Formula1-i çox sevir. Yağış yağsa da, trası tərk etmədilər. Hava qaralanda və mexaniklər maşın üzərində işləyəndə belə tribunada fanlar olur. Bu, əsl dəlilikdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*