M.Ferstappen: “Üçüncü ola bilərdik”

Red Bull komandasının sürücüsü Maks Ferstappen 5-ci olduğu sıralanma turundan sonra bildirib ki, 3-cü yeri əldən verib.

F-1.az xatırladır ki, hollandiyalı sürücü cümə günü keçirilən sərbəst yürüşlərdə birinci yeri tutmuşdu. Lakin, hollandiyalı sürücü ikinci sessiyada qəza etmiş, üçüncü sessiyada isə hidravlika probleminə görə mübarizəni dayandırmalı olmuşdu.

Lakin 19 yaşlı sürücünün Azərbaycanda problemləri bunlarla bitməyib. Maks sıralanma turunun ikinci sessiyasında mühərriklə, üçüncü sessiyasında isə sürət qutusu ilə bağlı problemlər yaşayıb. Lakin bu çətinliklərə baxmayaraq, Formula1 tarixinin ən gənc qələbə qazanan sürücüsü Fetteldən 0.038, Rəykkönendən isə 0.186 saniyə geri qalaraq, 5-ci ola bilib.

Maks Ferstappen: “Beşinci olduğum üçün məyusam. Problem yaşasaq da, üçüncü ola bilərdik. Burada böyük addım atdıq. Boliddə daha çox at qüvvəsi olduğunu hiss edə bilirəm. Bu yaxşıdır. Amma həmişə daha artığını istəyirsiniz. İkinci sektorda və döngə olan hər yerdə mübarizə aparırdıq.

Təbii ki, yaşadığımız problemlər ideal deyil. Mühərrikdə dayanma problemi var. Bu yaxşı deyil. Sıralanma turunun üçüncü sessiyasında yaxşı dövrə vururdum, lakin birdən ötürmələr qutusunda problem yaşadım. Düzlükdə çox dəyərli vaxt itirdim. Bunu həll etməliyik. Belə hallar olmamalıdır”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*