M.Ferstappen: Tras yaş olduğu üçün yerimdə fırlandım

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, tras yaş olduğu üçün yerində fırlanıb.

F-1.az bildirir ki, hollandiyalı sürücü testlərin beşinci günündə iki dəfə yerində fırlanıb.

Maks Ferstappen: “Hava doğrudan pis idi. Bizə kömək etmirdi. Bolidi istədiyimiz qədər sürmədik, ancaq hamıda vəziyyət eyni idi. Buna baxmayaraq, məyusam. Boliddə yeni detallar olduğu üçün aerodinamik testlər etmək istəyirdik. Hər şeyi sınadıq və bolid barədə artıq məlumatımız var.

Yaş porebrikə hücum etdiyim üçün yerimdə fırlandım. Sürən vaxt görməsəm də, bolid üzərindəki kameradan baxanda gördüm. Bəxtim onda gətirdi ki, bolidə heç nə olmadı. Bolidin boksa gətirilməsi və təmizlənməsi 30 dəqiqə davam edir.

Bu dəfə hədəfimiz çoxlu dövrə vurmaq deyildi. Onsuz da keçən həftə yetərincə yarış tempində işləmişik. İndi əsas hədəfimiz yenilikləri yoxlamaqdır. Bəzən işləri həll etmək vaxt apara bilir. Buna görə də çoxlu dövrə vura bilmirik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*