F-1.az xatırladır ki, hollandiyalı pilot Ştiriya Qran Prisinin sıralanma turunda lider Həmiltondan 1.2 saniyə geridə qalaraq, 2-ci olub
: “Sıralanma turu yaxşı keçdi. Son sessiyada yağış artmışdı və bolid sürüşürdü. Buna görə də bəzi döngələri yavaş keçdim. Məncə, ikinci yer yaxşıdır.
Maks Ferstappen
Trasdakı vəziyyət bərbad idi. Yolu görmək olmurdu. Öndəki maşından altı saniyə geri olsaq da, spreyə görə önümüzü görmürdük. Ancaq bu hal hamı üçün eyni idi və dözməli idik. İnanıram ki, quru havada şansımız olacaq. Sabahı gözləyirəm”.