M.Ferstappen: Təzyiqlə mübarizə aparmaq gözəl hissdir

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, poula görə sevinclidir.

F-1.az xatırladır ki, niderlandlı sürücü vətənindəki sıralanma turunda əla performans göstərərək, poul alıb. Bu onun Zandfordakı ardıcıl üçüncü pouludur.

Maks Ferstappen: “Sıralanma turu çox çətin keçdi. Keçid təkərləri ilə başladıq, amma tras yeni asfalt qatına görə sürüşgən idi.

Son sessiyada quru hava təkərinə keçdik, amma bəzi yerlərdə sadəcə bir quru trayektoriya var idi. Bir az risk aldıq, amma son dövrədən həzz aldım.

Son sessiyada əvvəlcə keçid təkərlərini götürdük. Lakin külək və günəşə görə tras tez qurudu. Hər şey dərs çıxarma və təcrübə qazanmaqdan asılıdır. Yekunda seçimimiz bizim nəticəmizə təsir etmədi. Düzgün addım atdıq.

Təzyiq həmişə olur. Amma bununla mübarizə aparanda inanılmaz hisslər yaşayırsınız”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*