M.Ferstappen: “Tətil əhvalında deyiləm”

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, belə halda tətilə getməsi mümkün deyil.

F-1.az xatırladır ki, hollandiyalı sürücü yarışa 7-ci yerdən başlasa da, elə startdaca 5-ci yerə yüksələ bilib. Lakin Renault mühərriyi növbəti dəfə Maksı yarı yolda qoyub.

Maks Ferstappen: “Bu gün işlər planlaşdırdığımız kimi getmədi. Yarış 6 dövrədən sonra bitdi. Var qüvvənizi qoyduqdan sonra bunun olması əhvalımı pozdu. Dani də, mən də bu vəziyyətdən təsirləndik. Komanda olaraq yaxşı mühərrik üçün milyonlarla pul ödəyirik, amma o da dəqiqədə bir xarab olur. Burada çox zəif idik və bunu qəbul etmək çətindir. İnsanlar buna bəxtsizlik deyəndə nifrət edirəm. Mənə deyirlər ki, tətildə kef elə. Amma kef edə bilməyəcəm, çünki son yarış belə bitdi. Tətilə gedirmiş kimi hiss etmirəm, çünki mövsümün ilk yarısı belə bitdi. Yenidən maşında olmaq və gözəl nəticə almaq istəyirəm. Heyif ki, mümkünsüzdür”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*