M.Ferstappen: Təsnifatın sonu lotereya kimi idi

F-1.az bildirir ki, niderlandlı sürücü sıralanma turunda ikinci yeri tutub. Lakin Maks bundan narahat deyil, çünki maşının qələbə uğrunda mübarizəyə imkan verəcəyinə inanır.

Maks Ferstappen“Yağışın gah şiddətlənib gah kəsilməsi sıralanma turunu çətinləşdirirdi, buna görə də asfalta çıxmaq üçün doğru zamanı seçmək lazım idi. Son sessiya bir lotereyanı xatırlatsa da, maşın çox əla işlədi. Təəssüf ki, son dövrəmdə sarı bayraqlar peyda oldu, amma yenə də ilk cərgədən başlayırıq və bu, yaxşı nəticədir.

Maşınımız həm nəm, həm də quru trasda eyni dərəcədə yaxşıdır. Sabahkı starta gəldikdə isə, yarışın taleyi ilk dövrədə həll olunmur və bütün yarışı yaxşı keçirməliyik. Üstəlik, təkərlərlə yaxşı işləmək də lazım olacaq. Buna görə də, sabaha hazırlaşacağıq”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*