F-1.az xəbər verir ki, Red Bull-a keçdikdən sonrakı dövr üçün komanda yoldaşı Daniel Rikkardonu da xal hesabında üstələyən Maksın ünvanına deyilən xoş sözlər səngimək bilmir.
El Pais qəzeti: “Ferstappen yeni Sennadır. Parlamaqda davam edir. Azarkeşlər bu 18 yaşlı uşağa görə çox şanslıdırlar”.
Ceki Styuart: “O, Rosbergə xarici radiusla etdiyi hücumla çempion ruhlu pilot olduğunu göstərdi. Artıq gələcəyin dünya çempionunun kim olacağını bilirik”.
Robert Dornbos: “Maks komandaya qoşulduqdan sonra maşın sanki daha da yaxşı vəziyyətdədir. Bu təsədüfdürmü, bilmirəm. Rikkardonun üzündəki gülümsəmə azalıb. Maksda isə, əksinə, çoxalıb.
Jil Vilnöv: “O, F1-ə gəldiyi ilk gündən etibarən yaxşı sürür. Onun yeni Ayrton və ya Mixael olduğunu deyə bilərəm”.