F-1.az xatırladır ki, niderlandlı pilotun Red Bull-la olan müqaviləsi 2028-ci ilin sonunda bitəcək.
Maks Ferstappen: “Planın 2028-ci ilə qədər burada qalmaqdır. Komandadan getmək barədə düşünmürəm. Burada çox xoşbəxtəm. Ancaq 2028-ci ildən sonra nə edəcəyim barədə düşünməmişəm. Bəlkə də, təqaüdə çıxaram.
17 yaşımdan Formula1-dəyəm və artıq uzun illər keçib. Burada çox vaxt keçirmişəm. Bəlkə də o yaşdan sonra fərqli işlər görmək istəyərəm. 31 yaşımda zirvəyə yüksələcəyimi ya da enişə düşəcəyimi bilmirəm.
Başqa seriyalarda yarışmaq istəyirəm. Məsələn, etibarlılıq yarışları məni cəlb edir. Bəlkə də, səyahət etməkdən bezəcəm və daha rahat həyat üçün sevdiyim işlərlə məşğul olacam. Ancaq çempionluq uğrunda mübarizə aparsam, getməyəcəm. İndidən bir söz demək çətindir”.