F-1.az xatırladır ki, hollandiyalı sürücü 3-cü başladığı yarışı ikinci bitirsə də, trasda əzəli rəqibi Həmilton onu rahatlıqla keçib. 23 yaşlı pilot pit-stoplardan sonra Bottası keçərək, yarıışı ikinci yerdə bitirib.
Yarışın son dövrələrində sürətli dövrə vurmaq üçün Soft təkərlərə keçən Maks son dövrədə buna nail olsa da, 14-cü döngədə tras limitlərini aşdığı üçün nəticəsi silinib və əlavə 1 xaldan da olub.
Maks Ferstappen: “Bəli, çox yaxşı yarış idi. Restartda yaxşı başladım və Valtteriyə təzyiq göstərdim. Lakin tempimiz çatmadı. Buna görə də Lyuis məni yenidən keçdi. Daha sonra pitə gəldim. Hard təkərləri qızdırmaq çox çətin idi. İkinci yerə yüksələndən sonra tempimizin olmadığını gördük, amma ikinci olduq”.