F-1.az xatırladır ki, hollandiyalı sürücü cümə gününü lider Lyuis Həmiltondan 0.34 saniyə geri qalaraq, 5-ci yerdə bağlayıb.
Maks Ferstappen: “Birinci sərbəst yürüşlərdə bolidin vəziyyətini anlamaq üçün fərqli sazlanmalar sınadıq və istədiyimizi əldə etdik. Tempimiz yaxşıdır və sevincliyəm. Yarış tempini görmək üçün də yağışdan əvvəl məşq etmişdik və rəqiblərimizə nisbətən daha yaxşı vəziyyətdəyik. Amma bolidin baansını daha da yaxşılaşdıra bilərik. Bu trasda ötmə etmək mümkündür və tempimizə baxanda yaxşı yarış keçirəcəyimizə inanıram. Görək necə olur. Ümid edirəm ki, növbəti dəfə başımıza pis işlər gəlməz”.