M.Ferstappen: Təmiz start almalıyam

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, sabahkı yarışda təmiz starta ehtiyacı var.

F-1.az xatırladır ki, niderlandlı sürücü son cəhdində ilk iki sektordan sonra Alonsoya 0.2 saniyə uduzsa da, son sektorda ispaniyalı rəqibindən 0.3 saniyə sürətli olaraq, Monakoda ilk dəfə poul qazanıb.

Maks Ferstappen: “Çox xoşbəxtəm. Hər şeyi bir araya gətirmək üçün bir az mübarizə aparmalı idik. Dünən əla başlanğıc edə bilmədik, amma təkmilləşdik və daha güclü olmağa davam etdik. Ancaq sıralanma turunda əlinizdən gələni etməli və riskə getməlisiniz.

Son dövrəmdə ilk sektorum ideal deyildi. Deyəsən ilk döngəni bir az təmkinli keçdim və daha sonra geridə olduğumu bilirdim. Buna görə ilk sektorda əlimdən gələni etdim. Bir neçə dəfə bariyerlərə toxundum, amma burada ilk dəfə poul qazandığım üçün çox sevincliyəm.

Təmiz starta ehtiyacım var. İlk döngəyə qədər qısa hissə var. Monakoda çox şey ola bilər, elə deyil? Təhlükəsizlik maşını, yağış, ağlınıza nə gəlsə… Həmişə xaos olur. Məncə, yarış tempi cəhətdən bolidimiz sürətlidir, ancaq təmiz və sakit sürməliyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*