M.Ferstappen: Təkmilləşməliyik

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, maşından daha çox güc istəyir.

F-1.az xatırlaıdr ki, niderlandlı sürücü Monakoda cümə gününü birinci yerdə bititib. Lakin o, özünü maşında rahat hiss etməyib.

Maks Ferstappen: “İlk sessiya çox çətin idi. Bolidin porebrik və qabarlardakı performansından narazıyam. İkinci sesiya isə daha yaxşı idi. Bolid rəqabətədavamlı idi. Xüsusən də Ferrari ilə müqayisədə bolidin sürüş stili, qabarlar və qabarlarla işlımə formasında geridəyik.

Bunun üzərində işləməliyik, çünki bizə yaxındırlar. Sıralanma turunda onları keçmək üçün daha çox işləməliyik. Məncə, bu yöndə təkmilləşərək bir şey edə bilərik.

Ümid edirəm ki, bu gün vəziyyət daha yaxşı olar, amma bolidi sürmək mümkündür. Ən azından yaxşı dövrə ata, bolidi limitlərdə sürə və bariyerlərə yaxın gedə bilirik. Başlanğıc çətin olsa da, gün yaxşı bitdi.

Aston Martin də bizə yaxındır. Bu gün onların önündə olmaq istəyiriksə, daha yaxşı iş görməliyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*