M.Ferstappen: Təkərləri blokladım

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, 8-ci döngədə təkərləri bloka salmaqla poul şansını əldən verib.

F-1.az xatırladır ki, Braziliyada keçirilən sıralanma turunda Haas komandasından Kevin Maqnussen sensasiyalı şəkildə poul qazanıb. Maks Ferstappen isə onun düz arxasında ikinci yeri tutub.

Maks Ferstappen: “Yağış gözlənilirdi və bilirdik ki, o dövrə bizim üçün son şansdır. Deyəsən 4 ya da 5-ci maşın idik. Səkkizinci döngədə təkərləri bloka saldım. Buna görə də poul əldən getdi. Yenə də real rəqiblərimizdən üstünük. Burada hər şey ola bilər. Əsas odur ki, öndəyik.

Hava şəraiti tez-tez dəyişirdi və çətin idi. Limitləri tapmaq lazım idi. Ancaq bir səhvə görə də geridə qalmaq istəmirsiniz. Sıralanam turu lotoreya kimi keçdi. Yenə də ilk cərgədəyəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*