F-1.az xatırladır ki, niderlandlı sürücü sprint yarışına 2-ci yerdən başlasa da, rəqiblərindən fərqli olaraq Medium təkərləri seçib. Lakin təkərlərlə işləyə bilməyən 25 yaşlı pilot finişə 4-cü yerdə çatıb. Buna baxmayaraq, o Karlos Saynsın cəzasına görə yarışa 3-cü yerdən start verəcək.
Maks Ferstappen: “Nə oldu bilmirəm. Təkər tez yeyildi. Medium təkərlər dözmədilər. Tempimiz də yox idi. Soft təkərlə belə Mercedes-ə çata bilməzdik. Buna görə çox narahatam. Bunu təhlil edib sabahkı yarış üçün vəziyyəti yaxşılaşdırmağa çalışacam.
Bolid zədələnmədən əvvəl də təkərlər asfaltı tutmurdu. Təkərləri parça-parça etmişdim. Niyə belə oldu bilmirəm. Düzdür, Saynsla təmasda ön qanadım qırıldı, amma sağlam qanadla da ən yaxşı halda dördüncü olardım”.