M.Ferstappen: Təkərlər istədiyim kimi işləmədi

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Albert Parkdakı ilk gün yaxşı keçməyib.

F-1.az xatırladır ki, Avstraliyada cümə günü elə də ideal keçməyib. İlk sessiyada tras sürüşkən olub. İkinci sessiyada isə yağış yağıb. Maks yaxşı dövrələr atsa da, özünü yaxşı hiss etməyib.

Maks Ferstappen: “Bolid əla işlədi, amma hazırda bu barədə danışmaq düzgün deyil. Təkərləri istədiyim kimi işlədə bilmədim və onlara nəzarət etmək çətin idi.

Buna görə də gecə işləməliyik. Əminım ki, hər şey daha yaxşı olacaq. Sabah hava böyük ehtimalla quru olacaq. Bunu nəzərə alaraq hazırşacağıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*