M.Ferstappen: “Təkərlər fanatlara maraqlı deyil”

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, fanatlar təkər tərkibləri ilə maraqlanmırlar.

F-1.az bildirir ki, hazırda Pirelli-nin 7 təkər tərkibi var və sürücülər hər yarış bu tərkiblərdən üçünü istifadə edə bilərlər.

Maks Ferstappen: “Mən yarışlarda ancaq Soft və Hard təkərləri görmək istəyirəm. Sözün açığı, insanlar üçün UltraSoft və ya Soft təkərin fərqi yoxdur. Heç kim təkərin tərkibi ilə maraqlanmır. İnsanlar trasdakı rəqabəti izləmək istəyirlər. Belə şeyləri düşünməyə ehtiyac yoxdur. 2016-cı ildən sonrakı dəyişikliklər idmanı geriyə apardı. Artıq öndəki bolidi izləmək daha çətindir. Əylənmə məsafələri qısalıb və hücum etmək çətinləşib. Formula1 bəsitləşməlidir. Görək necə olur. Növbəti reqlament dəyişikliyinə qədər problem həll olunmalıdır”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*