M.Ferstappen: Təkərlər daha yaxşı ola bilər

F-1.az xəbər verir ki, son iki dünya çempionu Pirelli təkərlərinin daha yaxşı vəziyyətə gətirilməsinin mümkün olduğunu düşünür.

Maks Ferstappen: “Aydındır ki, istehsalçılar rəqabət olanda öz resurslarından maksimum dərəcədə istifadə edirlər. Amma olmayanda, çox vaxt yerində sayırlar. Bəli, təkərləri inkişaf etdirmək hələ də çox pula başa gəlir, lakin onları maksimum səviyyəyə gətirməyə ehtiyac yoxdur.

Düşünürəm ki, Pirelli təkərlərini daha yaxşı etmək olar. Xüsusilə də yağış təkərlərini. Yəqin ki, bunu daha tez-tez müzakirə etmək lazımdır. Mən bədbin olmaq istəmirəm, Pirelli ilə işləməyi və onlara təkərlərin təkmilləşdirilməsində kömək etməyi sevirəm. Düşünürəm ki, bu faydalı ola bilər. Mən sadəcə olaraq kömək etmək istəyirəm, çünki Pirelli uzun müddətdir Formula 1-dədir və onlar əla iş görürlər. Daha yaxşısını etmək olar və komandalar bunu istəyir. Ümid edirəm ki, Pirelli də eyni cür düşünür”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*