F-1.az xatırladır ki, “qırmızılar” ikinci və üçüncü sərbəst yürüşlərdə birinci olsalar da, Mercedes komandası ilk cərgəni tutub.
Maks Ferstappen: “Qəribə oldu. Ferrari-nin çox öndə olacağını gözləyirdim. Amma olmadı. Buna görə də maraqlı yarış gözləyirəm”
Maks Ferstappen sıralanma turunun son sessiyasında fərqli taktika seçdi. Belə ki, bir dəfə trasa çıxan Maks ardıcıl iki dövrə vurdu: “Yeni təkərim qalmamışdı. Dövrəmiz yaxşı olsa da, hava kisəsindən istifadə edə bilmədik. Rəqiblərimiz bir-birlərinə hava kisəsi yaratdı. Son sektorda 0.2 saniyə itirdim. Hava kisəsi olsa, daha yaxşı nəticə qazanardıq”.