F-1.az xatırladır ki, Red Bull komandası Mercedes-dən çox geridə olduğu halda, digər komandalardan üstündür. Cümə sərbəst yürüşlərində Maks yarış tempində ən sürətli üçüncü sürücü olub.
Maks Ferstappen: “Cümə günü istədiyimizi etdik. Ümumilikdə yaxşı gün idi. Keçən həftə Mercedes-dən çox geridə idik və bir neçə gündə o fərq azalmayıb. Ancaq komanda fərqi azaltmaqçün hər şey edir. Dünən bəzi sazlanmaları sınadıq və bəziləri pis işləmirdi.
Məncə, sıralanma turunda arxadakı rəqiblərimizə yaxın olacağıq, amma yarışda böyük ehtimalla tək qalacam.
Soft təkərlər tez yeyilir və yarışı bir pit-stopla bitirmək mümkünsüz olacaq. Əksəriyyət iki pit-stoplu strategiya seçəcək”.