F-1.az xatırladır ki, Red Bull komandası uzun müddətdən sonra Sinqapurda ilk dəfə belə pis həftəsonu keçirib. Maks Ferstappen və Serxio Peres sıralanma turunda son sessiyaya qala bilməyib. Onlar yarışda finiş xəttini müvafiq olaraq 5 və 8-ci yerlərdə keçiblər.
Maks Ferstappen: “Hər iki təhlükəsizlik maşınında da bəxtimiz gətirmədi. İkisi də səhv zamanda çıxdı və buna görə məyusuq. Ancaq pit-stopdan sonra əylənirdim. Medium təkərlərdə çox sürətli idik”.
Çempionatın lideri düşünür ki, növbəti Yaponiya Qran Prisində yenidən sürətli olacaq.