F-1.az xatırladır ki, niderlandlı sürücü səhv etdiyi üçün poulu əldən verib və üçüncülüklə razılaşıb.
Maks Ferstappen: “Sıralanma turunda razıyam. Sərbəst yürüşlərdə 4-5 dövrə vura bilmişdim. Buna görə də maşında balans tapmağa çalışırdıq. Sıralanma turu məni təəccübləndirdi. Burada sürməyi öyrənmək çətindir.
Təbii ki, poul qazanmaq istərdim, amma dünənkindən sonra əla nəticədir. Sabah üçün fürsətimiz var. tempimiz yaxşıdır. Buna görə də yarışı səbirsizliklə gözləyirəm.
Yarış trayektoriyasının kənarı çox sürüşgəndir. Sabah çox hadisə baş verə bilər. Hava daha isti olacaq. Hər şey təkərlərin işləməsindən asılıdır”.