M.Ferstappen: Təəccüblü hal yoxdur

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, cümə günündən sonra təəccübləndirici hal olmayıb.

F-1.az xatırladır ki, niderlandlı sürücü Macarıstandakı cümə sərbəst yürüşlərində üçüncü olub və nahardan sonra balans problemi yaşayıb.

Maks Ferstappen: “İkinci sərbəst yürüşlərdə bəzi sazlanmaları sınadım. İndi isə bunlardan hansıların yaxşı işləyib-işləmədiyini təhlil edəcəyik. Tras da isti idi və bu hal bizim üçün pisdir.

Bəzi sahələrdə daha güclü ola bilərik. Bolidi vahid dövrədə təkmilləşdirməli və vəziyyəti düzəltməliyik. Çox şey üzərində işləyəcəyik, amma təəccübülü hal yoxdur. Fərqi qapatmaq çətin olmayacaq. Sadəcə isti havaya görə çətin gün oldu”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*