M.Ferstappen: “Tamaşaçılara görə yerimdə fırlandım”

Red Bull komandasının sürücüsü Maks Ferstappen komanda ilə olan kommunikasiyadan razı qalıb.

F-1.az xatırladır ki, hollandiyalı sürücü xaotik keçən Almaniya yarışında karyerasının yeddinci qələbəsini qazanıb.

Maks Ferstappen: “Trasdakı şərait aldadıcı idi. İşimizə fokuslanmalı idik. Xəta qəbuledilməz idi. 360 dərəcə yerimdə fırlandım. İndi onu tribunalar üçün etdiyimi deyə bilərəm. Lakin doğrudan da çətin idi. Medium təkərlər asfaltla pis ilişirdi. Komanda ilə kommunikasiya vacib idi və doğru qərar verdik. Buna görə də qələbə bizim oldu. Mercedes-i keçdikdən sonra tempimizi görə bilərdiniz. Çünki ilk dövrələrdə Valtterinin çirkli havasına məruz qalırdım. Önə keçəndə təkərləri daha yaxşı qoruya bilərsiniz”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*