M.Ferstappen T-qanadlardan şikayətçidir

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, cümə günü doğru sazlanmaları tapa bilməyib.

F-1.az xatırladır ki, 18 yaşlı sürücü Bəhreyndə cümə gününü lider Sebastyan Fettelin təxminən 1 saniyə gerisində 8-ci yerdə tamamlayıb.

Maks Ferstappen: “Cümə günü istədiyimiz kimi getmədi. Xüsusən də, bolidin balansını tapmaq çətin idi və buna görə də asfaltla ilişmədə çətinlik çəkdim. İkinci sərbəst yürüşlərdə isə bir sürücünün T-qanadına çırpıldığım üçün çoxlu vaxt itirdim və bu dəyərli dəqiqələri boşa verdim. Ümid edirəm ki, şənbə günü kompensə edə bilərik. T-qanadına çırpıldıqdan sonra bolidin altlığının bu qədər zərər görəcəyini gözləmirdim. Komandanın problemi qısa müddətdə düzəltməsi vacib idi və onlar gözəl işlər gördülər. Məqsədim sonuncu sərbəst yürüşlərdə bacardığım qədər çox dövrə vuraraq dünənki itkini kompensə, etməkdir. Bunu etdikdən sonra bolid barədə gözəl fikrə sahib ola bilərik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*