F-1.az xatırladır ki, niderlandlı sürücü 2014-cü ildə Yaponiyada birinci sərbəst yürüşlərdə ilk dəfə F1 bolidi sürmüşdü. Ondan sonra bu trasda 5 dəfə yarışan Maksın burada qələbəsi yoxdur.
Gənc pilot ən yaxın rəqibi Leklerdən 104 xal qabaqdadır. Bu isə o deməkdir ki, Maks yarışı Şarldan öndə bitirsə, sona 4 yarış qalmış ikinci titulunu bayram edəcək.
Maks Ferstappen: “Suzukaya qayıtdığım üçün sevincliyəm. Karyeramda ilk dəfə sərbəst yürüşlərə burada qatılmışdım. Bura ilə bağlı gözəl xatirələrim var. Podiuma yüksəlmək və azarkeşləri görmək çox gözəldir.
Xüsusən də ilk sektor çox gözəldir. İlk döngədə trayektoriyanı qaçırsanız, vəziyyətiniz pisdir. Yaöışlı havada o hissə lap çətin olur.
Komanda olaraq qələbə dublu etmək istəsək də, hava şəraiti işimizi çətinləşdirəcək. Ümid edirəm ki, əyləncəli yarış olar. Çempionluğu qazanmaq üçün mükəmməl həftəsonu keçirməliyik. Əlimizdən gələni edib, titulu almaq istəyirik”.