F-1.az xatırladır ki, niderlandlı sürücü 2021-ci ildə Həmiltonla, 2022-ci ildə isə Leklerlə mübarizə apararaq, titula yiyələnib.
Maks Ferstappen: “Hər sürücünün yarışma və mübarizə aparma forması fərqlidir. Bu da Formula1-in gözəlliyidir. Hamı eyni olsaydı, çox darıxardıq. Fərqli istedadlara və sürücülərə görə Formula1 hörmətə layiqdir”.