F-1.az xatırladır ki, Ləns Stroll gələn il Williams komandası ilə Formula1-də debüt edəcək.
Maks Ferstappen: “Ən vacib şey özünü rahatlaması olacaq. Bolidi öyrənməli və işlərin necə getdiyini başa düşməlidir. Bolidə oturan kimi “bacardığım qədər sürətli gedəcəm” demək düzgün deyil. Əvvəlcə, bolidi başa düşməli və özünüzü rahat hiss etməlisiniz. Əlbəttə, mətbuatın təzyiqini hiss edəcək. Amma ona məsləhətim budur ki, fikrini işinə versin və ətrafda baş verənlərə görə əhvalını pozmasın”.