F-1.az xəbər verir ki, Ferstappen komanda yoldaşı Karlos Sayns ilə komandanın idarə heyəti ilə görüşüb. Hollandiyalı sürücü görüş barədə təəssüratlarını bildirib: “Onlar bizimlə bolid, təkmilləşmə, yeni detallar və hədəflərimiz barədə danışdılar. Çox şey danışdıq və hamısı həyəcanverici mövzular idi”.
Ferstappen gələn həftə 2016-cı il bolidini test etmək üçün Red Bull-un zavoduna gedəcək. 18 yaşlı sürücü bu barədə də danışıb: “Simulyator reallığa yaxındır, ona görə də ora mənə maraqlıdır. Amma əsl reallığı görmək üçün trasa çıxmalıyıq. Bir neçə aydır ki, fiziki cəhətdən çox işləyirəm. Ümid edirəm ki, yaxşı xallar alaram”.