F-1.az xatırladır ki, hollandiyalı sürücü sıralanma turunda lider Bottasdan cəmi 0.056 saniyə geri qalaraq, üçüncü olub.
Maks Ferstappen: “Deyəsən son sessiyada üç dəst təkərdən istifadə etdilər. Burada dövrə çox qısadır və döngə azdır. Buna görə də üçüncü yerdən razıyam. Bu gün bacardığım qədər Mercedes-ə yaxın oldum və nəticələr çox yaxındır. Ancaq trasın quruluşunu nəzərə aldıqda, bu, gözlənilən idi.
Yarışa Mercedes-dən fərqli təkərlərlə başlayacam. Buna görə də maraqlı yarış olacaq. Görək bu seçimim nəticəyə necə təsir edəcək? İtiriləcək heç nəyimiz heç nəyimiz yoxdur. Görək nə olur. Startda hər şey mümkündür. Yarışı səbirsizliklə gözləyirəm”.