F-1.az bildirir ki, gələn il bu formatın tətbiq edildiyi 6 yarış olacaq. İkiqat dünya çempionu sözügedən həftəsonu formatı barədə fikirlərini bölüşüb.
Maks Ferstappen: “Onları xoşlamıram, düşünürəm ki, köhnə həftəsonu formatı yaxşıdır. Sprint yarışında heç bir emosiya yoxdur. Mən yalnız insidentlərdən uzaq durmağa və ilk üçlükdə finiş görməyə çalışıram. Bu, mənim üçün yarış deyil. Çünki əsas yarışın sonunda daha çox xallar qazana və risklər edə bilirik. Sprint yarışı yalnız daha aşağılardan başlayanlar üçün yüksəlmə şansı verir. Yerdəyişmə də çox olmur. Podium mərasimi də qəribədir. Medal verirlər – əla. Lakin onunla nə edəcəyimi belə bilmirəm”.