M.Ferstappen: Sosial şəbəkələri sevmirəm

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, idmandan gedəndən sonra sosial şəbəkələrdən istifadə etməyəcək.

F-1.az xatırladır ki, niderlandlı sürücü sosial tədbirlərə qatılmağı sevmir.

Maks Ferstappen: “Şəxsi həyatımı göstərməyi sevmirəm. Kelli Pike də eyni formada sosial şəbəkədən az istifadə etməyə başladı. Formula1 ilə işim bitəndən sonra çox paylaşım etməyəcəm. Bunu xoşlanmıram. Bəzi adamlar bütün gün paylaşım edirlər, amma indi başqa işlərlə məşğulam.

Telefonumla çox vaxt keçirirəm, ancaq simulyator komandamla müzakirələr aparıram. Bu sazlanmalar çox vaxt aparır. Lakin onlarla işləməkdən həzz alıram”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*