F-1.az xatırladır ki, niderlandlı sürücü sıralanma turunda 2-ci olsa da, sarı bayraqlara məhəl qoymadığı üçün yarışa 7-ci yerdən başlayıb. Lakin startda 4-cü yerə yüksələn Maks, daha sonra Qasli ilə Alonsonu keçərək 2-ci olub.
Maks Ferstappen: “Startda yerimiz bir az pis idi, ancaq yaxşı start aldıq və sürətlə ikinci yerə yüksəldim. Sürətli dövrəni almaq da yaxşı oldu. Mübarizə sona qədər davam edəcək. Ümid edirəm ki, vəziyyət daha həyəcanverici olar.
Bu trasda sürmək əyləncəlidir. Sürətli trasdır. Təkərlərin yeyilməsi də yaxşı idi. Mübarizə sona qədər davam edəcək”.