F-1.az xatırladır ki, hollandiyalı sürücü Rusiyada cümə günü keçirilən sərbəst yürüşlərdə 5-ci yeri tutsa da, sıralanma turunda bu tempini davam etdirə bilməyib və hətta, Williams komandasının sürücüsü Felilpe Massadan da geri qalıb.
Maks Ferstappen: “Sözün açığı, sıralanma turunun ikinci sessiyasında hər şey qaydasında idi, amma işlər birdən dəyişməyə başladı və bolidin balansı pisləşdi. İkinci sessiyadan etibarən 13-cü döngənin çıxışında asfaltla ilişmə yox idi və burada vaxt itirirdim. Daha sonra çox qızdığı üçün arxa təkərlər də sıradan çıxdı. Üçüncü sessiyadakı iki cəhdimdə də istədiyim kimi dövrələr vura bilmədim. Normalda yanacaq az olanda yaxşı dövrələr vura bilirdik, amma bu gün bolidin balansı çox pis idi”.