F-1.az xatırladır ki, Ferstappen İtaliyadakı sıralanma turunda 2-ci yeri tutsa da, startda 20 yer itirmək cəzası aldığı üçün yarışa sonuncu cərgələrdən başlamalı olacaq.
Maks Ferstappen: “Bu, yaxşı sıralanma turu idi. Hamı yaxşı işlədi. Son sessiyada elə də xoşbəxt deyildim. Xüsusən də, son sektorda problem yaşadım. Son dövrəni tamamladım və poulu aldığımı zənn edirdim. Mühəndisim mənə sektor zamanlarımı dedi. Mən isə ondan Lyuis barədə soruşdum. Bütün sektor dərəcələrini yaxşılaşdırırdı. İkinci yeri tutmaq gözəl idi. Yağışda sürmək həzz verdi”.