F-1.az xatırladır ki, niderlandlı sürücü yarışın son 17 dövrəsində Saynsa qarşı müdafiə olunub və yerini qoruyaraq, yarışı qazanıb.
Maks Ferstappen: “Təhlükəsizlik maşını bizə kömək etmədi. Ferrari yarış ərzində sürətli idi. Buna görə də yarışın sonlarında təzə təkərlərlə olmağıma baxmayaraq, vəziyyətə nəzarət etmək çətin idi. Buna baxmayaraq son hissə həyəcanlı keçdi. Mən də, Karlos da əlimizdən gələni etdik. Bu trasda öndəki bolidi izləmək çətindir. Buna baxmayaraq, Sayns qaza basırdı və əlindən gələni edirdi. Son dövrələr əyləncəli keçdi. Bu il düzlüklərdə sürətliyik və bu bizə kömək edir”.