F-1.az xatırladır ki, hollandiyalı sürücü Monakodakı sıralanma turunda üçüncü yeri tutub.
Maks Ferstappen: “Mercedes komandasının sürücüləri bu gün daha sürətli idilər. Sıralanma turunda ikinci sessiyadakı dövrəm nisbətən yaxşı idi. Son sessiyadakı ilk cəhdimdə təkərlər soyuq idi, ancaq yaxşı dövrə vura bildim. Son cəhdimdə isə 0.2 saniyə yavaş idim və riskə getmək mənasız idi. Buna görə də dövrəni bitirmədim. Üçüncü yer yaxşı nəticədir. Sessiyadan 10 dəqiqə əvvəl bolidin altlığı yerində deyildi. Lakin uşaqlar əla işlədilər”.