M.Ferstappen son cəhdini bəyənməyib

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, son cəhdi çox pis olub.

F-1.az xatırladır ki, niderlandlı sürücü Red Bull Rinqdəki ikinci yarışda da gözəl performans göstərərək, bu mövsüm ardıcıl 3-cü poulunu qazanıb.

Maks Ferstappen: “Son cəhdim pis idi. Təbii ki, birinci olduğum üçün sevinirəm., amma nəticədən narazıyam. Bəzi şeyləri araşdırmalıyıq. Bunlara baxmayaraq burada iki poul qazanmaq əla oldu. Ümdi edirəm ki, sabah da yaxşı nəticə əldə edərik. Sıralanma turunun birinci və ikinci sessiyası əla keçdi. hər şey qaydasında idi.

Son sessiyadakı ilk cəhdimdə üçüncü döngədə təkərlərim bloklandı. Yaxşı hal deyildi. İkinci cəhdimdə isə trasa hamıdan əvvəl mən çıxdım. Buna görə də düzlüklərdə itirdim və dövrəmi təkmilləşdirə bilmədim.

Keçən həftəyə nisbətən daha yumşaq tərkiblərdəyik. Buna görə də Soft təkərlərə nəzarət etmək çətin olacaq., amma öz yarışıma fokuslanacam. Hədəfim qalib gəlməkdir. Amma bu birdən-birə olmaz”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*