F-1.az xatırladır ki, niderlandlı sürücü son cəhdlərdən əvvəl birinci yerdə idi, amma sonuncu çempion son cəhdində yavaşlayıb və dövrəsini tamamlaya bilməyib.
Maks Ferstappen: “Bir şey demək çətindir. Son cəhdimi tamamlaya bilmədim. DRS yox idi və güc itirdim. Buna görə də məyusam, amma ilk cərgədəyəm və bu da uğurdur. Lakin son dövrəmi vurmaq istəyərdim.
Əvvəlki yarışlarda təkərlər yaxşı nəzarət edirdik. Sabah hava çox isti olacaq və burada ötmə etmək çətindir. Görək nə olur. Ümid edirəm ki, təkərləri yaxşı işlədərik”.