M.Ferstappen: Son cəhdimdə yağış başladı

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, son sessiyadakı ilk dövrəsi istədiyi kimi alınmayıb.

F-1.az xatırladır ki, niderlandlı sürücü ABŞ-dakı sıralanma turunda son cəhdində atdığı dövrə ilə Həmiltonu 0.2 saniyə qabaqlayaraq, poul qazanıb.

Maks Ferstappen: “Orada olmaq gözəldir. İkinci sessiyada daha sərt təkərlə çıxış etmək həyəcanverici idi. Üçüncü sessiyadakı ilk dövrəm elə də yaxşı olmadı, ancaq son cəhdimdə üçüncü sektorda yağış yağmağa başladı. Buna görə də qorxurdum ki, poul qazana bilməyim. Lakin bacardım və yarışa 1-ci və3-cü yerlərdən başlayacağıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*