F-1.az xatırladır ki, niderlandlı sürücü Belçikada Corc Rasseli 0.3 saniyə qabaqlayaraq, poul qazanıb.
Maks Ferstappen: “Sıralanma turu çox çətin keçdi. Bolidi trasda tutmaq və təkərləri doğru zamanda dəyişmək çətin idi. Bundan başqa, ikinci sessiya ilə üçüncü sessiya arasındakı zaman fərqi böyük oldu və trasdakı şəraiti öyrənmək çətin idi. Lakin yekunda birinci olduq və bu, vacib idi. Bu trasda sürmək asan olsa da, yağış işimizi çətinləşdirdi.
Birinci sessiyada gördüyünüz kimi yağış təkərlərindən istifadə edənlər geridə qaldılar. Sürətimizi azaltdılar və buna görə də keçid təkərlərinə keçdik. Amma bu təkərlə yaş trasda sürmək çətin idi”.