F-1.az xatırladır ki, niderlandlı sürücü testlərin son gününü ən yaxın rəqibi Leklerin 0.6 saniyə önündə bağlayıb.
Maks Ferstappen: “Hazırda heç kim sıralanma tempində getmir. Sessiya ərzində fərqli təkər tərkiblərini yoxladım. Əsasən gələn həftə yarışda istifadə edəcəyimiz təkərləri sınadıq. Boliddə özümüzü yaxşı hiss edirdik. Proqramımızı yerinə yetirdik və bu, yaxşı haldır. Bolid yüngül çəkidə daha yaxşıdır. Dolu çəndə isə təbii olaraq ağırlaşır. Ancaq vəziyyət hamı üçün eynidir. Boliddəki bütün yeniliklər əla işlədi. Bu da istədiyimiz şeydir. Yeniliklər əla işləyirlər”.