Maks Ferstappen: “Simulyatorumuz ən yaxşılardandır. Belə günlər çox uzun müddət davam edir, amma şübhəsiz ki, buna dəyər. İstəmirəm ki, test pilotu digər komandalarda olduğu kimi simulyatorda işləmək məsuliyyətini öz üzərinə tək götürsün. Mən bunu özüm etmək istəyirəm, çünki hər kəsin öz sürüş tərzi var. Bu, konsentrasiyanı saxlamağa kömək edir.
Xatırladaq ki, Red Bull bu mövsüm ehtiyat sürücü kimi öz yetirməsi və təcrübəli pilot olan Daniel Rikkardonun xidmətlərindən istifadə edəcək…