M.Ferstappen: Sərt təkərlər işimi çətinləşdirdi

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, daha sərt təkrlər onun işini çətinlə.dirib.

F-1.az xatırladır ki, niderlandlı sürücü sprint yaışına birinci başlasa da, startda Medium təkərləri seçib və Soft təkərləri seçən Bottasla Saynsı buraxmalı olub. Daha sonra Saynsı keçən Maks, sprint yarışında ikinciliyə razı olub.

Maks Ferstappen: “Start heç də yaxşı deyildi. Daha sərt təkərlərdən istifadə edirdik. Buna görə də tam gücümüzü ortaya qoya bilmədik. Asan olmadı, amma tempimiz yaxşı idi. Burada rəqibinizə yaxınlaşsanız da, ötmə qeyri-mümkündür. Son döngədə Bottasa yaxınlaşmaqda çətinlik çəkdim. Düzlüklərdə sürətlidirlər və buna görə də son döngədən çox yaxşı çıxmalısan. Görək yarışda nə edirik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*